Neftçi”nin yeni baş məşqçisi bəlli olub.
Paytaxt klubu gözlənildiyi kimi rumıniyalı Adrian Mutu ilə müqavilə imzalayıb. Yeni çalışdırıcı artıq Rusiyada olan paytaxt klubunun düşərgəsinə yollanıb. Rumıniya mətbuatının yazdığına görə Mutunun “Neftçi”dəki maaşı illik 650 min avro olacaq. Məşqçilik karyerasına nisbətən tez – 37 yaşında başlayan və baş məşqçi kimi sonuncu iş yeri Buxarestin “Rapid” klubu olan Mutu müxtəlif vaxtlarda ölkəsinin “Voluntari”, “Universitatea Krayova”, həmçinin BƏƏ-nin “Əl-Vəhdə” klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.